Ru
Bakı
USD
EUR
GBP
RUB

“Sağlam məktəbli” layihəsi çərçivəsində Xırdalan və Gəncə məktəbliləri ilə görüş olub (FOTO)

news photo

08.10.2019 10:43 // Cəmiyyət

Qida Təhlükəsizliyi Agentliyi əhalinin qida təhlükəsizliyi ilə əlaqədar maarifləndirilmə sahəsində “Sağlam məktəbli” layihəsi çərçivəsində Xırdalan şəhər 2 nömrəli və Gəncə şəhərindəki M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəblərində görüş keçirib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Youthportal.az-a verilən məlumata görə, görüşlərdə əvvəlcə qida təhlükəsizliyi ilə bağlı hazırlanan sosial videoçarxlar təqdim edilib.

Sonra agentliyin əməkdaşları məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, düzgün və sağlam qidalanma, enerji içkilərinin insan orqanizminə ziyanı, qida təhlükəsizliyi ilə bağlı bilik və bacarıqların artırılması, bu sahədə ilkin vərdişlərin formalaşdırılması istiqamətində məlumat və metodiki tövsiyələr veriblər. Qablaşdırma məhsullarının qidaya təsiri, qida məhsullarında etiket məlumatları, “fast food”un zərərləri, süd və süd məhsullarının faydalarına diqqət çəkilib. Həmçinin bir istehlakçı kimi qida təhlükəsizliyi ilə əlaqədar üzləşdikləri hər hansı problem olduqda və ya sağlam qidalanma ilə bağlı onları maraqlandıran suallar yarandıqda agentliyin “1003” Çağrı Mərkəzinə müraciət etmələri bildirilib.

Görüşdə şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin əsas məqsədi məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliği, eləcə də şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin bütün bölgələrdə keçirilməsi nəzərdə tutulub.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi