Ru
Bakı
USD
EUR
GBP
RUB

“Sağlam məktəbli” layihəsi çərçivəsində Lənkəran, Şəmkir, Qusar, Samux,Tərtər və Xırdalanda məktəblilərlə görüş keçirilib

news photo

11.12.2019 14:28 // Cəmiyyət

Qida Təhlükəsizliyi Agentliyi “Sağlam məktəbli” layihəsi çərçivəsində Samux rayonu Əhmədbəyli kənd, Lənkəran şəhər 10 nömrəli, Xırdalan şəhər 9 nömrəli, Tərtər rayon 6 nömrəli, Qusar rayon 4 nömrəli və Şəmkir rayonu Düyərli kənd 2 nömrəli tam orta məktəblərinin şagirdləri ilə maarifləndirici görüş keçirib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Youthportal.az-a verilən məlumata görə, görüşdə şagirdlərə agentliyin həyata keçirdiyi maarifləndirmə tədbirləri haqqında ətraflı məlumat verilib, videoçarxlar təqdim edilib.

Agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, qida məhsullarında etiket məlumatları, fast food-un zərərləri, süd və süd məhsullarının faydaları barədə ətraflı məlumat verilib, şagirdlər arasında müxtəlif intellektual oyunlar keçirilib.

Görüşdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihə çərçivəsində bu ilin sonunadək Bakı şəhərində 20, regionlarda isə ümumilikdə 60-dan çox məktəbdə görüş keçirilməsi nəzərdə tutulub.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi