Ru
Bakı
USD
EUR
GBP
RUB

“Sağlam həyat tərzinin təşviqi” (FOTO)

news photo

11.09.2019 16:21 // Gənclər üçün

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə "ADDIM" Yaradıcı Gənclər Təşkilatının təşkilatçılığı ilə cari ilin 8-14 sentyabr tarixlərində təşkil olunan Gənc jurnalistlər, bloqerlər, aktiv sosial şəbəkə istifadəçiləri üçün “Sağlam həyat tərzinin təşviqi” adlı beynəlxalq praktik təlim kursunun proqramına start verildi. Tədbirdə Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızstan, Moldova, Rusiya, Tacıkistan, Türkmənistan və Ukraynadan 70-ə yaxın gənc iştirak edir.

Kursun  keçirilməsində məqsəd gənc jurnalistlərin, bloqerlərin, sosial şəbəkələrin fəal istifadəçilərinin sağlam həyat tərzi problemləri ilə bağlı maarifləndirməsi, rəqəmsal mediada və sosial şəbəkələrdə sağlam həyat tərzi təbliğatının aktuallaşdırılması, həmçinin müasir texnologiyalardan və media mənbələrindən istifadə edərək bu mövzunun daha geniş auditoriya arasında davamlı yayılmasının təmin edilməsindən ibarətdir.

9 sentyabrda keçirilmiş açılış mərasimində Azərbaycan  Respublikası Gənclər və İdman Nazirliyinin Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri Nərmin Aslanbəyova və "ADDIM" Yaradıcı Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə iştirak etdilər. Açılış nitqində N. Aslanbəyova gənclərin sağlamlığın qorunması, dövlət gənclər siyasətinin vacib hissəsi olduğunu vurğuladı və nazirliyin bu sahədə gördüyü işlər haqqında məlumat verdi. Daha sonra çıxış edən "ADDIM" Yaradıcı Gənclər Təşkilatının sədri H. Cavadzadə rəhbərlik etdiyi təşkilatın sağlam həyat tərzinin təbliği ilə bağlı keçirdiyi növbəti layihədən danışıb və bu mövzuya ən çox müraciət edən qurumlardan biri olduqlarını qeyd etdi.

13 sentyabr 2019-cu il tarixdə saat 12:00-da “Hyatt Regency” otelinin “Quba” zalında tədbirin bağlanışına həsr edilmiş tədbir keçiriləcəkdir.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi