Ru
Bakı
USD
EUR
GBP
RUB

Sağlam həyat naminə narkotiklərə “yox” deyək

news photo

21.12.2018 09:25 // Cəmiyyət

Dekabrın 20-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə “Sağlam həyat naminə narkotikə yox deyək”mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Youthportal.az xəbər verir ki, əsas məqsəd görülən işlərin davamlılığının təmin olunması, maarifləndirmə tədbirlərinin səmərəliliyinin, narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılmasıdır. Maarifləndirmə tədbirində Masallı Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının məsul işçiləri, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə respublika və rayon komissiyasının üzvləri, psixoloqlar, müəllimlər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbirdə çıxış edənlər narkotik və psixotrop maddələrin insan orqanizminə zərərli təsirini qeyd edərək, bu bəlaya qarşı mübarizənin zəruriliyindən, maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıblar. Müzakirələr şəklində davam edən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış təbliğat materialları paylanılıb.

Digər xəbərlər

Xəbər lenti

“Almaz” nümayiş ediləcək (FOTO)

Sabahın hava proqnozu açıqlanıb

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi