Ru
Bakı
USD
EUR
GBP
RUB

“Sağlam gənclik-sağlam gələcək!” adlı layihə uğurla yekunlaşdı

news photo

27.12.2016 19:00 // Cəmiyyət

17 dekabr 2016-cı il tarixində Bakı şəhərində “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam gənclik-sağlam gələcək!” adlı layihəsini uğurla yekunlaşdırdı.

Tədbiri birliyin sədri Elçin Manafov giriş sözü ilə açaraq iştirakçıları ictimai birlik, həyata keçirilən layihənin donoru və layihə barədə ətraflı məlumat verib.

Daha sonra Gəncliyə Yardım Fondunun təhsil şöbəsinin müdiri Rüfət Şirinov və digər əməkdaşı Vəfadar Babayev gənclərə öz tövsiyələrini verdilər.

Daha sonra həkim-kardioloq Dr. Azər Mustafayev gənclərə havaların soyuması ilə bağlı mövsümü xəstəliklərdən qorunma, süni tənəffüs, suda boğulma, gün vurma, zəhərlənmə, donvurma, qanaxmalar, ürək tutması, şok, çıxıqlar və s. kimi günümüzdə hər kəsin bilməsi lazım olan mövzularla çıxış edib, belə hallarda ilk yardım göstərilməsi haqqında məlumat vermişdir.

Tədbirdə universitet tələləbələri iştirak ediblər. İştirakçıları maraqlandıran suallar cavablandırılıb və sonda xatirə şəkilləri çəkdirilib.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

“Könüllülük Sərhəd Tanımır!” (FOTO)

Faktiki hava şəraiti açıqlandı

"WhatsApp"da daha bir yeni funksiya

Atəşkəs rejimi 22 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi