Ru
Bakı
USD
EUR
GBP
RUB

“Sağlam gənclik, sağlam gələcək” layihəsinin şahmat turniri keçirildi (FOTO)

news photo

16.04.2019 15:32 // Gənclər üçün

Aprelin 14-də Sabunçu Gənclər Evinin təşkilatı dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi "Sağlam gənclik, sağlam gələcək" layihəsi çərçivəsində şahmat turniri baş tutdu.

Sabunçu Gənclər Evindən Youthportal.az-a bildirlib ki, 50-yə yaxın gəncin iştirakı ilə şahmat turniri Bakı Gənclər Mərkəzində keçirildi. 7 turdan ibarət yarışa öz sahəsinin mütəxəssisi rəhbərlik etdi. Yarışın sonunda I, II, III yerlər üzrə mükafatlandırma oldu. Qaliblər sertifikat, medal və hədiyyələrlə təltif olundular.

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi "Sağlam gənclik, sağlam gələcək" layihəsi gənclərin sağlam inkişaf etmələri, sağlam mühitin formalaşması və bunun vərdiş halını alması üçün həyata keçirilir. 3 mərhələdən ibarət layihədə - şahmat, stolüstü tenis turniri və marafon yarışı keçiriləcək.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 21 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi