Ru
Bakı
USD
EUR
GBP
RUB

“Sağlam gənclik, sağlam gələcək deməkdir!” adlı layihənin hazırlıq işləri başa çatmışdır

news photo

16.05.2019 12:24 // Gənclər üçün

Əsası Ümummilli Lilderimiz Heydər Əliyev tərfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu siyasəti dəstəkləmək məqsədi ilə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Şirvan şəhərində, Hacıqabul və Sabirabad rayonlarında “Sağlam gənclik, sağlam gələcək deməkdir!” adlı layihə həyata keçiriləcəkdir.

Təşkilatdan Youthportal.az-a bildirilib ki, layihənin icra planına uyğun olaraq, adıçəkilən şəhər və rayonların müvafiq strukturları ilə əlaqə saxlanılmış, Hacıqabul rayonunda iki tədbirin cari ilin may ayının 21-də, Şirvan şəhərində iki tədbirin may ayının 22-də, Sabirabad rayonunda isə iki tədbirin may ayının 23-də keçirilməsi razılaşdırılmış, tədbirlər üçün materiallar çap edilmiş, digər hazırlıqlar başa çatmışdır.

Şəhər və rayonların aidiyyəti strukturlarının, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin nümayəndələrinin və müvafiq təhsil müəssisələrinin kollektivlərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan tədbirlərin icrası başa çatdıqdan sonra ətraflı məlumat veriləcəkdir.

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi