Ru
Bakı
USD
EUR
GBP
RUB

“Sağlam gələcək sağlam qidadan başlayır” adlı tədbir keçirildi (FOTO)

news photo

04.06.2019 12:15 // Gənclər üçün

31.05.2019-cu il tarixdə Sumqayıt Gənclər evində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi tərəfindən “Sağlam Gənclik, Sağlam Gələcək!” adlı layihə çərçivəsində “Sağlam gələcək sağlam qidadan başlayır” adlı tədbir həyata keçirildi. 

Təşkilatdan Youthportal.az-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd insanları, xüsusilə də yeniyetmə və gəncləri zərərli vərdişləri və onların qeyri-sağlam qidalanma nəticəsində düçar olduqları acımasız xəstəliklərdən, günü-gündən gəncləşən ölümlərdən xilas olmaq üçün zərərli vərdişlərdən çəkindirmək, onlarla mübarizə imkanlarının mümkünlüyü, sağlam qidalanma və düzgün həyat tərzilə əlaqədar olaraq ətraflı şəkildə maarifləndirilməkdən ibarətdir. Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Ceyhun Hüseynov qida təhlükəsizliyi, sağlam həyat tərzi mövzusunda tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Daha sonra birliyin sədri Asim Vəliyev layihə çərçivəsində Azərbaycanda ilk dəfə keçiriləcək “Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumu və yeni yaradılmış www.saglamqida.az saytı və forumda təqdim olunacaq “Sağlam gələcək sağlam qidadan başlayır” adlı kitab haqqında geniş məlumat verdi. Ərzaq təhlükəsizliyinin vacibliyini vurğulayan Dünya Azərbaycanlılarının Həmrəyliyi İctimai Birliyinin sədri Tofiq Hüseynov Azərbaycanda gənclərin sağlam olmayan, xeyirsiz qidalardan uzaq duraraq sağlam vətəndaş kimi formalaşmasının önəmini, bu istiqamətdə görüləcək işlərdən danışdı. Siyasət və Gələcək  Uğur jurnalının şöbə müdiri Kamran Orucov Azərbaycan gəncliyini sağlam ruhda yetişməsində sağlam qidanın önəmli olduğunu bildirdi. Birliyin icraçı direktoru, layihə rəhbəri və sağlam qida mütəxəssisi Məhsəti Hüseynova sağlam qidalanma və düzgün həyat tərzi, yuxu rejiminin qidaya təsirləri haqqında geniş məlumat verdi və daha sonra iştirakçıların suallarını cavablandırdı.

Adı çəkilən Forumda iştirak etmək istəyənlər aşağıda qeyd olunan anket formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Seçilmiş iştirakçılara nəticələrlə bağlı məlumat 06 May 2019-cu il tarixinədək məlumat veriləcək.

Son qeydiyyat tarixi: 05.06.2019, saat 18:00

İştirak ödənişsizdir.

https://docs.google.com/forms/d/e/1FAIpQLSdhho60uTGmAVbBcQC4ptb1SOY81JNKaByao24JBNs7Q52Xig/viewform?usp=pp_url

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahdan havanın temperaturu qalxır

Maestro Niyazinin xatirəsi yad olunacaq

Atəşkəs 23 dəfə pozulub

Havanın temperaturu 39 dərəcə olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi