Ru
Bakı
USD
EUR
GBP
RUB

Sabunçu gəncləri arasında Ümummilli lider Heydər Əliyevin 96 illiyinə həsr olunmuş yarışma final oyunla yekunlaşdı (FOTO)

news photo

13.05.2019 12:37 // Gənclər üçün

Sabunçu rayonunda 47 təhsil müəssisəsindən 300-ə yaxın gəncin iştirakı ilə keçirilən, Ümummilli lider Heydər Əliyevin 96 illiyinə həsr olunmuş "Nə? Harada? Nə zaman?" yarışması başa çatıb. Çempionat Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı və Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə həyata keçirilib.

Gənclər Evindən Youthportal.az-a bildirilib ki, yarışmanın seçim turu 4 may tarixində keçirilib. Yarışma eyni anda 5 fərqli məntəqədə başlanılıb. Gənclər yarışmada komanda şəklində yarışıblar. Seçim turunun yekununda  yarışda iştirak edən 47 təhsil müəssisədən hər məntəqədə ən yüksək nəticə göstərən 3, ümumilikdə isə 15 tam orta məktəb komandası final mərhələsinə vəsiqə qazanıb.

7 may tarixində keçirilən final turunun mükafatlandırmasında Millət vəkili Dilarə Cəbrayılova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova iştirak edib. Final turunda 15 komandanın iştirakı ilə qalib olan 3 komandaya diplomlar və kubok təqdim edilib. I yerə 80 nömrəli tam orta məktəb, II yerə 169 nömrəli tam orta məktəb, III yerə 252 nömrəli tam orta məktəb layiq görülüb.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilən hava şəraiti

Atəşkəs 19 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi