Ru
Bakı
USD
EUR
GBP
RUB

Sabunçu Gənclər Evində Skaut Liderlərin I Gənclər Forumunun təqdimat mərasimi baş tutub (FOTO)

news photo

22.10.2019 13:56 // Gənclər üçün

19 oktyabr 2019-cu il tarixində Sabunçu Gənclər Evində Skaut Liderlərin I Gənclər Forumunun təqdimat mərasimi baş tutub.

Youthportal.az xəbər verir ki, tədbirə gənc skautlar və skaut liderlərlə yanaşı skaut olmaq istəyən gənclər də qatılıblar.

Tədbir zamanı iştirakçılara layihə və skaut fəaliyyətləri haqqında geniş məlumatlar verilib, həmçinin forumda iştirak şərtləri və forumun proqramı barəsində də məlumatlar çatdırılıb.

Tədbirin sonunda təşkilatın fəaliyyəti ilə bağlı gəncləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, forum 16-18 noyabr tarixində Sabunçu Gənclər Evində baş tutacaq. Azərbaycan Skautlar Assosiasiyasının həyata keçirdiyi “Skaut Liderlərin I Gənclər Forumu” layihəsinin əsas məqsədi Bakıda və bölgələrdə fəaliyyət göstərən skaut liderlərində idarəetmə, planlaşdırma, təşəbbüskarlıq, özünü inkişaf, ünsiyyət və s. kimi bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah yağış yağacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi