Ru
Bakı
USD
EUR
GBP
RUB

Sabahın havası - İstilər davam edir

news photo

25.06.2019 13:42 // Cəmiyyət

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Youthportal.az-a verilən məlumata görə, iyunun 26-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-26, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 50-60, gündüz 30-35 faiz olacaq.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturu 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə şimşək çaxacağı, leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 22-27 dərəcə isti təşkil edəcək.

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi