Ru
Bakı
USD
EUR
GBP
RUB

“Sabaha baxış” layihəsinin final mərhələsi keçirilib (FOTO)

news photo

14.03.2019 11:50 // Gənclər üçün

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə ADPU-da icra olunan “Sabaha baxış” layihəsinin finalı mərhələsi keçirilib. 

Youthportal.az xəbər verir ki, layihə tələbələr arasında kitab mütaliəsinə marağın artırılması və esse yazma, tənqidi təfəkkürbacarıqlarını stimullaşdırmaq məqsədi daşıyır. Martın 12-də  müsabiqənin final mərhələsi keçirilib. Finala vəsiqə qazanan iştirakçılar 10 dəqiqə ərzində mütaliə etdikləri əsər haqqında təhlillərini verib, şifahi nitq və nəticəçıxarma qabiliyyətlərini nümayiş etdiriblər. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən ilk üç yerin sahibi bəlli olub. Birinci yerin sahibi Filologiya fakültəsinin tələbəsi Səma Məmmədsalahova, ikinci yerin sahibi Filologiya fakültəsinin tələbəsi Həbib Yolçiyev, üçüncü yerin sahibi isə İbtidai təhsil fakültəsinin tələbəsi Aysel Əsgərova olub. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb, eyni zamanda fərqlənən 20 iştirakçı sertikifatla təltif edilib. Sonda tədbir iştirakçılarına kitab mütaliəsi ilə bağlı maarifləndirici bukletlər paylanılıb.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi