Ru
Bakı
USD
EUR
GBP
RUB

Sabah yağış yağacaq

news photo

18.09.2018 13:51 // Cəmiyyət

Azərbaycan ərazisində sentyabrın 19-na olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Youthportal.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-20, gündüz 23-26, Bakıda gecə 18-20, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 19-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-19 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 19-da Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişlidir.   

Digər xəbərlər

Xəbər lenti

"Təqdimat bacarıqları" təlimi keçiriləcək

Atəşkəs rejimi 24 dəfə pozulub

UEFA yeni topunu təqdim edib

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi