Ru
Bakı
USD
EUR
GBP
RUB

“SABAH” qruplarının tələbələri beynəlxalq məhkəmə müsaqibəsində

news photo

18.04.2019 11:49 // Təhsil

Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alan “SABAH” qruplarının tələbələri ABŞ-ın Vaşinqton şəhərində keçirilmiş “Philip C. Jessup” beynəlxalq məhkəmə müsabiqəsində iştirak ediblər.

Təhsil Nazirliyindən Youthportal.az-a bildirilib ki, müsabiqədə Elnarə Yusibova və Sonaxanım Qaybaliyeva ölkəmizi təmsil ediblər.

Bu müsabiqə ilk dəfə 1960-cı ildə Harvard Universitetinin iki komandası arasında keçirilib. Müsabiqənin məqsədi hüquq tələbələrinin vəkillik, hüquqi yazı, hüquqi araşdırma qabiliyyəti və hüquqi nitq kimi mühüm bilik və bacarıqlarının inkişaf etdirilməsidir.

Beynəlxalq Hüquq Tələbələri Assosiasiyasının təşkilati dəstəyi ilə (ILSA) keçirilən müsabiqədə bu il 100-ə qədər ölkə 3000-ə yaxın tələbə tərəfindən təmsil olunub.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Küləkli hava şəraiti davam edəcək

Atəşkəs rejimi 19 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi