Ru
Bakı
USD
EUR
GBP
RUB

“SABAH” qruplarının tələbələri Bakı Şəhəri üzrə Təhsil İdarəsində təcrübə keçmək imkanı qazanıblar

news photo

17.07.2018 13:16 // Təhsil

Müxtəlif ali təhsil müəssisələrinin “SABAH” qruplarında təhsil alan tələbələrinə Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) təcrübə keçmələri üçün şərait yaradılıb.

BŞTİ-dən Youthportal.az-a bildirilib ki, təcrübə proqramının məqsədi təhsildə müvəffəqiyyət qazanan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmalarına dəstək olmaqdan ibarətdir.

Bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsində görüş keçirilib. Görüşdə idarənin müvafiq struktur bölmə rəhbərləri və təcrübə proqramına qatılacaq “SABAH” qruplarının tələbələri iştirak ediblər.

Görüşdə gənclərə təcrübə proqramı barədə müvafiq tövsiyələr verilib, onlara öz potensiallarını, bilik və bacarıqlarını nümayiş etdirmək üçün əlverişli şərait yaradılacağı nəzərə çatdırılıb.

Qeyd olunub ki, “SABAH” qruplarında təhsil alan 17 tələbə iyulun 16-da başlayan proqram çərçivəsində BŞTİ-də 1 ay təcrübə keçmək imkanı qazanmaqla, nəzəri biliklərini real iş şəraitində tətbiq edə biləcəklər. Onlar kommunikasiya sahəsində bacarıqlarını inkişaf etdirmək, müxtəlif tədbirlərə qatılmaqla kollektivdə fəaliyyət vərdişlərinə yiyələnmək imkanı əldə edəcəklər.

Bunun üçün əvvəlcədən BŞTİ-nin struktur bölmələrində mövcud imkanlar araşdırılıb, tələbələrin ali təhsil aldıqları ixtisaslar üzrə təcrübə keçmələrinə önəm verilib.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah yağış yağacaq

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Atəşkəs 24 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi