Ru
Bakı
USD
EUR
GBP
RUB

Sabah peşə təhsili müəssisələrinə qəbulun nəticələri ilə bağlı Apelyasiya Komissiyası fəaliyyətə başlayacaq

news photo

10.09.2019 13:47 // Cəmiyyət

Sabah Peşə Təhsili üzrə Dövlət Agentliyində peşə təhsili müəssisələrinə qəbul və onun nəticələri ilə əlaqədar yaranan problemlərin həlli məqsədilə yaradılan Apelyasiya Komissiyası fəaliyyətə başlayacaq.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Youthportal.az-a bildirilib ki, Apelyasiya Komissiyası sentyabrın 13-dək fəaliyyət göstərəcək.

Vətəndaşlar komissiyaya müraciət zamanı şəxsiyyətini təsdiq edən sənədin əslini və təhsil haqqında sənədini təqdim etməlidirlər.

Xatırladaq ki, peşə təhsili müəssisələrinə sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, belə mərkəzlərin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada aparılıb. Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə keçirilib. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəbulu müsabiqədənkənar aparılıb.

Qəbul iki mərhələdən ibarət olub. Birinci mərhələ avqustun 5-dən 20-dək davam edib. Bu müddət ərzində 11 min namizədin müraciəti qeydə alınıb, namizədlərdən 8 min 808 nəfəri qəbul olunub. İkinci mərhələdə - avqustun 28-dən sentyabrın 5-dək 5 min 500 nəfər qeydiyyatdan keçib, onlardan 3 min 754-ü müsabiqədə uğur qazanıb.

Digər xəbərlər

Xəbər lenti

“Qobustan-tarixinin daş yaddaşı”

"Sevil" operası nümayiş olunacaq

Dumanlı hava şəraiti hökm sürəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi