Ru
Bakı
USD
EUR
GBP
RUB

Sabah peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlanır

news photo

21.08.2019 19:58 // Təhsil

Sabah peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlanır.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Youthportal.az-a bildirilib ki, ixtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər avqustun 22-dən 27-dək təhsil haqqında sənədin əslini, tibbi arayış, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil, hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

Xatırladaq ki, peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə “ASAN xidmət” mərkəzlərində elektron qaydada həyata keçirilib. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılıb.

Peşə təhsili müəssisələrinə qəbul olunmaq üçün 11000-dən çox ərizəçi müraciət edib. Onlardan 8808-i peşə təhsili müəssisələrinə qəbul olunub.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 22 dəfə pozulub

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi