Ru
Bakı
USD
EUR
GBP
RUB

Sabah hava buludlu olacaq, arabir yağış yağacaq

news photo

24.03.2019 13:49 // Cəmiyyət

Martın 25-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Youthportal.az-a verilən məlumata görə, gecə və axşam yarımadanın ayrı-ayrı yerlərində yağışın intensiv olacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti təşkil edəcək.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Martın 24-ü axşamdan 26-sı səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, 25-də yarımadanın bəzi yerlərində arabir 30 m/s. Fasilələrlə yağış yağacaq. Havanın temperaturu 6-8° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman. Bəzi yerlərdə güclü qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-4° isti təşkil edəcək.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi