Ru
Bakı
USD
EUR
GBP
RUB

Sabah Bakıda idman gimnastikası üzrə FIG dünya kuboku yarışlarına start veriləcək

news photo

13.03.2019 14:31 // İdman

Azərbaycan Gimnastika Federasiyası martın 14-17-də kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku yarışlarına ev sahibliyi edəcək.

Youthportal.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək turnir “Tokio 2020” Yay Olimpiya Oyunlarına getmək istəyən idmançılar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, Olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 42 ölkə artıq qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnastının mübarizə aparacağı gözlənilir. Turnirə çox sayda Olimpiya mükafatçısı, dünya və Avropa çempionatının medalçısı qatılacaq.

Dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.

Dünya kuboku yarışlarında ölkəmizi Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və Marina Nekrasova təmsil edəcəklər.

Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Digər xəbərlər

Xəbər lenti

“Qədim dil” dərsliyi nəşr olunub

Atəşkəs rejimini 22 dəfə pozulub

Qoruqlara giriş ödənişsiz olacaq (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi