Ru
Bakı
USD
EUR
GBP
RUB

Sabah 37 dərəcəyə qədər isti olacaq

news photo

15.08.2019 13:19 // Cəmiyyət

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Youthportal.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 16-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 30-35, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz olacaq.

Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti təşkil edəcək.

Rayonlarda avqustun 16-da havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi