Ru
Bakı
USD
EUR
GBP
RUB

Saatlılı məzunlardan 8 nəfəri qəbul imtahanlarında 600-dən çox bal toplayıb

news photo

22.08.2019 13:36 // Təhsil

Saatlıda ümumtəhsil məktəblərini bitirən 8 məzun 600-dən çox bal toplayaraq respublikanın müxtəlif ali məktəblərinə qəbul olub.

Rayon Təhsil Şöbəsindən Youthportal.az-a bildiriblər ki, 2018-2019-cu tədris ilində rayonda fəaliyyət göstərən 28 tam orta məktəbi 743 şagird bitirib. Onlardan 314 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarda iştirak edib. Məzunlardan 298 nəfəri sualları düzgün cavablandıraraq tələbə adını qazanıb. Ali məktəblərə qəbul olunanlardan 38-i 500-600 arası, 8-i isə 600-dən çox bal toplayıb. Rayon üzrə ən yüksək nəticəni isə Əlisoltanlı kənd tam orta məktəbin şagirdləri qazanıblar. Bu təhsil ocağını bitirən 31 məzundan 24-ü ali məktəblərə qəbul olub.

Tələbə adını qazananlar arasında ən yüksək balı isə Qıraqlı kənd orta məktəbin şagirdi Əbülfəz Cəfərov toplayıb. O, 671 balla Bakı Ali Neft Məktəbində oxumaq hüququ əldə edib.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi