Ru
Bakı
USD
EUR
GBP
RUB

Rusiyalı rejissorun filmi “Artım”da nümayiş olunacaq

news photo

09.09.2019 17:56 // Cəmiyyət

Sentyabrın 11-də “Artım” layihə məkanında rusiyalı rejissor İvan Tverdovskinin ekranlaşdırdığı “Korreksiyaedici sinif” adlı film nümayiş olunacaq.

Youthportal.az xəbər verir ki, “Unut bildiklərini, gör mən kiməm” sərgisi çərçivəsində təqdim olunacaq ekran əsəri “bullinq” mövzusundadır.

Xronometrajı 98 dəqiqə olan film əlil arabası ilə hərəkət edən Lena Çexova haqqındadır. O, uzun müddət ev şəraitində təhsil aldıqdan sonra, orta təhsilini davam etdirmək üçün, onun kimi müxtəlif əlilliyi olan uşaqların oxuduğu xüsusi məktəbə təyin edilir. Filmin qəhrəmanları ilk sevgi hisslərini keçirməklə yanaşı, həm də həyatda ilk dəfə ətraf dünyanın qəddarlıqları ilə qarşılaşır...

Film rus dilində nümayiş ediləcək.

Digər xəbərlər

Xəbər lenti

“Qobustan-tarixinin daş yaddaşı”

"Sevil" operası nümayiş olunacaq

Dumanlı hava şəraiti hökm sürəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi