Ru
Bakı
USD
EUR
GBP
RUB

Rusiya yığmasının baş məşqçisi istefa verib

news photo

21.06.2016 15:34 // İdman

“Avro-2016”da ilk baş məşqçı istefası gerçəkləşib.

Futbol üzrə Rusiya millisi komandasının baş məşqçisi Leonid Slutski istefa verib. Slutski qərarını Uelslə dünənki qarşılaşmadan sonra açıqlayıb.

Qrup mərhələsində keçirdiyi üç görüşdə cəmi bir xal toplayaraq Avropa çempionatı ilə erkən vidalaşan şimal qonşularımız son turda Uels komandasına 0:3 hesabı ilə məğlub olublar. Matçdan sonra Slutski postundan ayrıldığını və komandada baş məşqçi dəyişikliyinin qaçılmaz olduğunu bildirib: “Bu nəticələrdən sonra əsas məsələ baş məşqçi dəyişikliyi olmalıdır. Növbəti turnirə başqa bir mütəxəssislə hazırlaşmaq ölkə futbolunun inkişafı üçün daha faydalı olar. Yeni çalışdırıcının kimliyini isə Rusiya Futbol İttifaqı müəyyənləşdirməlidir”.

Çalışdırıcı Uelsə böyük hesablı yeniliyə görə də azarkeşlərdən üzr istəyib: “Çox zəif oynadıq və məğlubiyyətə layiq idik. 90 dəqiqə ərzində zəif çıxış etdik”.

Xatırladaq ki, “B” qrupunun ilk turunda İngiltərə ilə heç-heçə (1:1) edən ruslar növbəti görüşdə Slovakiyaya (1:2) məğlub olublar.

Azertag.az

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi