Ru
Bakı
USD
EUR
GBP
RUB

Rusiya Federasiyasının nümayəndə heyəti yeni Peşə Təhsil Mərkəzində (FOTO)

news photo

14.11.2019 17:44 // Təhsil

“Təhsildə müasir texnologiyalar” mövzusunda konfransda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının nümayəndə heyəti Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub. Nümayəndə heyətinə Rusiyanın elm və təhsil müəssisələrinin, dövlət və özəl şirkətlərin təmsilçiləri daxildir.

Təhsil Nazirliyindən Youthportal.az-a bildiriblər ki, görüşdə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov rəhbəri olduğu müəssisə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, mərkəzdə tədris edilən nəzəri və praktik dərslər ölkə iqtisadiyyatının əsas inkişaf prioritetinə uyğun olaraq 8 istiqamətdə müəyyənləşdirilib. Mərkəz istedadları aşkar etməyi, onların müvafiq sahədə inkişafına şərait yaratmağı, fərqli yaş qruplarından olan şəxslər üçün ömürboyu təhsil imkanları təqdim etməyi qarşısına məqsəd qoyub.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşı İxtiyar Abdullayev ölkə iqtisadiyyatının inkişafı naminə mərkəz tərəfindən həyata keçirilən layihələrin və beynəlxalq şirkətlərlə əməkdaşlığın Azərbaycanda peşə təhsilinin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

Sonra nümayəndə heyətinin üzvləri peşə təhsili müəssisəsinin infrastrukturu ilə yaxından tanış olub, Koreya Respublikasında təlim keçmiş mərkəzin ixtisaslı mütəxəssisləri ilə perspektivlərə dair fikir mübadiləsi aparıb, ən müasir maddi-texniki baza ilə təchiz olunmuş emalatxanalarda və tədris-mühazirə otaqlarında gedən dərs prosesində iştirak ediblər.

Görüşün sonunda qonaqlar mərkəzdə yüksəksəviyyəli mütəxəssis yetişməsi üçün hər cür şərait yaradıldığını bildiriblər.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi