Ru
Bakı
USD
EUR
GBP
RUB

Rusiya Ayın tədqiqində süni intellektli robotlardan istifadə edəcək

news photo

02.07.2019 15:36 // Dünyada

Rusiya Ayın tədqiqində süni intellektli robotlardan istifadə edəcək. Youthportal.az xəbər verir ki, bu barədə TASS informasiya agentliyinə “Roskosmos” dövlət korporasiyasının mətbuat xidmətindən bildiriblər.

Dövlət korporasiyasının nümayəndəsi qeyd edib ki, “Ayın tədqiqi proqramında insanın iştirakı avtomatik kosmik aparatların və sini intellektli robotların istifadəsi ilə paralel şəkildə aparılacaq”. Robot sistemləri Yerin təbii peykinin tədqiqi zamanı insan sağlamlığı üçün təhlükəli risklərin minimuma endirilməsi və xərclərin azaldılması məqsədilə tətbiq ediləcək. Bunun üçün Rusiyanın dövlət korporasiyasının elmi tədqiqat institutu tərəfindən Ayın tədqiqi üzrə konsepsiya hazırlanıb və bütün işlər bu çərçivədə həyata keçiriləcək.

2018-ci ilin sonunda Rusiya Elmlər Akademiyasının Kosmos Şurası milli kosmik proqram üzrə konsepsiyanı təsdiqləyib, lakin ona əlavələr edilməsinin zəruriliyini qeyd edib. “Roskomos”dan bildiriblər ki, bu proqram 2040-cı ilədək bir neçə mərhələdə həyata keçiriləcək. Dövlət korporasiyasının baş direktoru Dmitri Roqozinin müvafiq təqdimatında qeyd edilir ki, rusiyalı kosmonavtlar Ayın səthinə ilk dəfə 2030-cu ildə enəcəklər. Bu vaxtadək Yerin təbii peykinə avtomatik aparatlar, o cümlədən “Luna-25” zondunun göndərilməsi nəzərdə tutulur. Rusiya alimləri Ayın cənub qütbünü tədqiq edəcəklər. 2023-cü ildə isə “Luna-Resurs-1” kosmik aparatının Ayın orbitinə göndərilməsi planlaşdırılır.

Digər xəbərlər

Xəbər lenti

Qoruqlara giriş ödənişsiz olacaq (FOTO)

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi