Ru
Bakı
USD
EUR
GBP
RUB

Rumıniya universitetinin professoru UNEC-də mühazirə deyib (FOTO)

news photo

17.04.2019 15:45 // Təhsil

Rumıniyanın Transilvaniya Brasov Universitetinin professoru Ana-Maria Bolborici Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) və “SABAH” qrupunun tələbələrinə mühazirə deyib.

UNEC-dən Youthportal.az-a bildirilib ki, rumın professor tələbələrə “Siyasi güc. Gücü fərdiləşdirmək: Rumıniya - 1989-cu il inqilabından əvvəl və sonrakı dövrün müqayisəsi” mövzusunda mühazirə oxuyub. Səfər çərçivəsində A.Bolborici tələbələrə təmsil etdiyi universitet haqqında geniş təqdimat keçirib, onları “Erasmus+” proqramı və mübadilə imkanları barədə də məlumatlandırıb.

Qeyd edək ki, UNEC və Transilvaniya Brasov Universiteti arasında birgə elmi tədqiqat işlərinin aparılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə müəllim və tələbə mübadiləsi istiqamətində “Erasmus+” proqramı üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən, UNEC-in müəllimləri də Transilvaniya Brasov Universitetində mühazirə deyəcəklər. Hazırda UNEC-in bir tələbəsi Transilvaniya Brasov Universitetində mübadilə proqramı çərçivəsində təhsilini davam etdirir.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Küləkli hava şəraiti davam edəcək

Atəşkəs rejimi 19 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi