Ru
Bakı
USD
EUR
GBP
RUB

Ronaldonun adı doğulduğu Madeyra adasında beynəlxalq aeroporta verilib

news photo

30.03.2017 07:50 // İdman

Portuqaliyalı futbolçu Kriştiano Ronaldonun adı doğulduğu Madeyra adasındakı beynəlxalq aeroporta verilib.

Bununla əlaqədar keçirilən mərasimdə Portuqaliya Prezidenti Marselo Rebelo de Sousa, Baş nazir Antonio Kosta, Madeyra muxtar bölgəsinin rəhbəri Migel Albukerke və Portuqaliya Futbol Federasiyasının prezidenti Fernando Qomeş iştirak ediblər.

Portuqaliya Prezidenti çıxışında 32 yaşlı şəxsin adının hava limanına verilməsinin riskli, amma cəsur addım olduğunu vurğulayaraq deyib: “Ronaldo dünyada əcnəbilərin və milyonlarla portuqaliyalının sevdiyi futbolçudur. O, dünyanın ən yaxşı futbolçusu, Portuqaliya millisinin kapitanı kimi mükəmməllik nümunəsidir. Bu, bizi çox qürurlandırır. Madeyranın və Portuqaliyanın ona inamı tamdır”.

Ronaldo Madeyra adasındakı Funçal bölgəsində doğulub. O, yeganə gəlir mənbəyi turizm olan bu bölgənin inkişafına fəal dəstək verir. Adada beşulduzlu oteli və şəxsi uğurlarının nümayiş etdirildiyi muzeyi olan ulduz futbolçu ötən il Madeyrada baş verən yanğından sonra bölgəyə xeyli məbləğdə yardım göstərmişdi.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi