Ru
Bakı
USD
EUR
GBP
RUB

Ronaldo 23 ay həbs və 18.7 milyon avro cərimə edilib

news photo

23.01.2019 10:29 // İdman

İspaniyanın “Real Madrid” futbol klubunun sabiq hücumçusu Kriştiano Ronaldo məhkəmə prosesində vergi cinayətinə yol verdiyini boynuna alıb.

Youthportal.az xarici KİV-lərə istinadla xəbər verir ki, 34 yaşlı portuqaliyalı hücumçu yanvarın 22-si İspaniyanın paytaxtı Madriddə baş tutan məhkəmə prosesində 23 aylıq həbs və 18,7 milyon avro cərimə edilib. Futbolçu ona qarşı irəli sürülən bütün ittihamlarla razılaşıb. İspaniya qanunlarına əsasən cəza müddəti 2 ildən çox olmadığına görə Ronaldo şərti cəza ilə azadlığa buraxılıb.

Qeyd edək ki, portuqaliyalı ulduz 2011-ci ildən 2014-cü ilədək 14,7 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunub.

Hücumçu 2018-ci ildən İtaliyanın “Yuventus” klubunda forma geyinir. Ronaldo cari mövsümdə Turin təmsilçisinin heyətində 27-oyun keçirib və 16 qol vurub.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi