Ru
Bakı
USD
EUR
GBP
RUB

Rok-n-roll kralı, "qızıl yüzlüyə" düşən müğənni

news photo

08.01.2019 16:11 // Dünyada

"Forbes" jurnalının yazdığına görə, Elvis dünyanın vəfat etmiş məşhur insanları arasında ən varlılarındandır

Youthportal.az xəbər verir ki, 1935-ci il yanvarın 8-də amerikalı müğənni və aktyor Elvis Presli anadan olub (1935-1977).

ABŞ-da Preslinin qızıl, platin və ya multiplatin statusu qazanan 150 albomu var. Mahnıları "Billbord" hit-paradının ən çox "qızıl yüzlüyünə" düşən müğənnidir (149 mahnı). Müxtəlif illərdə üç "Qremmi" mükafatı alıb.

"Forbes" jurnalının yazdığına görə, Elvis dünyanın vəfat etmiş məşhur insanları arasında ən varlılarındandır. Onun ölümü də qəribə olub. Diş həkimindən gələn Elvis yuxuya getmək üçün sakitləşdirici dərman içir. Bunun təsirsiz olduğunu görən müğənni əlavə yuxu dərmanı da qəbul edir. Səhər açıldıqda isə o artıq gözlərini əbədi yummuşdu. Aparılan müayinələrin nəticələrinə görə, Elvisin ölümünə səbəb müxtəlif dərmanların qarışdırılaraq qəbul edilməsi olub.

Digər xəbərlər

Xəbər lenti

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi