Ru
Bakı
USD
EUR
GBP
RUB

Riyaziyyatçı alimin daha bir elmi məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib

news photo

21.10.2019 19:35 // Təhsil

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Sürüncəklik nəzəriyyəsi şöbəsinin elmi işçisi Emin Bağırovun daha bir elmi məqaləsi ABŞ-ın nüfuzlu “Computers, Materials and Continua” jurnalında nəşr olunub.

İnstitutdan Youthportal.az-a bildiriblər ki, “Qeyri-bircins ilkin gərginlikli “Boş silindir-ətraf mühit” sistemində hərəkət edən halqa yükün dinamikası” sərlövhəli məqalənin dərc olunduğu jurnal “Web of Sciences” və “Scopus” bazalarında indeksləşir və yüksək impakt faktorlu (Impact Factor 3.024) nəşr hesab edilir.

Qeyd edək ki, alimin bundan əvvəlki məqaləsi Niderlandın beşillik impakt faktoru 3.33 olan jurnalında işıq üzü görüb. Olduqca spesifik və tətbiqi xüsusiyyətli sahə üzrə tədqiqat aparan alimin daha bir neçə elmi məqaləsi isə xeyli yüksək reytinqə malik jurnallar tərəfindən qəbul edilib.

Digər xəbərlər

Xəbər lenti

“Anamın kitabı”nı bir daha oxuyaq

Bakıya yağış, rayonlara qar yağacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi