Ru
Bakı
USD
EUR
GBP
RUB

Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar

news photo

14.11.2019 16:32 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Birgə lay-quyu sistemində qazın süzülmə prosesinin modelləşdirilməsi” mövzusunda elmi seminar keçirilib.

İnstitutdan Youthportal.az-a bildiriblər ki, seminarda tətbiqi riyaziyyat şöbəsinin aparıcı elmi işçisi Elxan Abbasovun mövzu üzrə məruzəsi dinlənilib. Məruzədə qazın süzülmə prosesinin inteqral modeli qurularaq quyuağzı təzyiqin dəyişmə qanunu nəzərə alınmaqla lay-quyu sistemində qazın birgə qeyri-stasionar hərəkət tənliklərinin həlli məsələləri diqqətə çatdırılıb. Qeyd olunub ki, quyunun ani olmayaraq bağlanması zamanı quyuağzı və quyudibi təzyiqlər tapılır. Lay-quyu sisteminin dinamik əlaqəsi və quyuya qaz axınının ani olmayaraq dayanması nəzərə alınmaqla təzyiqin bərpa əyrisini öyrənməyə imkan verən analitik ifadələr alınır.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi