Ru
Bakı
USD
EUR
GBP
RUB

Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar

news photo

11.02.2019 15:24 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda “Qeyri-lokal şərtlərlə verilmiş tərs mənbə məsələlərinin ədədi həllinə bir yanaşma” mövzusunda elmi seminar keçirilib.

İnstitutdan Youthportal.az-a bildiriblər ki, seminarda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, dosent Anar Rəhimovun mövzu üzrə məruzəsi dinlənilib.

Məruzədə qeyri-lokal başlanğıc və sərhəd şərtləri ilə parabolik tip tənlik üçün iki tərs mənbə məsələlərinə baxılıb. Tərs məsələlərin düz xətlər üsuluna əsaslanan ədədi həll üsulu təklif olunub. İlkin məsələlər naməlum parametrli adi diferensial tənliklər sisteminə gətirilib. Bu sistemi həll etmək üçün həllin xüsusi göstərilənə əsaslanan naməlum parametrləri tapmaq üçün qeyri-iterativ ədədi üsul təklif edilib. Test məsələlər üzərində aparılmış ədədi eksperimentlərin nəticələri verilib.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi