Ru
Bakı
USD
EUR
GBP
RUB

Riqada şahmat turniri keçiriləcək

news photo

09.07.2019 09:18 // İdman

İyulun 11-dən 25-dək Riqadakı Latviya Milli Kitabxanasında şahmat üzrə FIDE Qran-Prisi keçiriləcək.

Youthportal.az xəbər verir ki, turnirdə reytinqinə görə ikinci olan Azərbaycan idmançısı Şəhriyar Məmmədyarov (2781) da iştirak edəcək. O, reytinqinə görə turnirdə yalnız Hollandiya təmsilçisi Aniş Giridən (2787) geri qalır.

Bundan başqa, turnirdə dünyanın müxtəlif ölkələrindən yüksək əmsala sahib fransalı Maksim Vaşe-Laqrav, rusiyalı Aleksandr Qrişuk və Sergey Karyakin, ermənistanlı Levon Aronyan, amerikalı Hikaru Nakamura, bolqarıstanlı Veselin Topalov da var.

Turnirin ən yaxşı iki şahmatçısı dünya çempionu adı uğrunda iddiaçılar turnirində iştirak hüququ qazanacaq.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi