Ru
Bakı
USD
EUR
GBP
RUB

Rio-2016: Azərbaycan boksçusu yarımfinalda Almaniyanı təmsil edən erməni boksçu ilə qarşılaşacaq

news photo

17.08.2016 04:16 // İdman

Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Apasport.az saytının məlumatına görə, bu gün Azərbaycan yığmasının bir üzvü rinqə çıxıb.

64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor millimizə növbəti medalı qazandırıb. 1/16 finalda ukraynalı Volodimir Matviçuku, 1/8 finalda isə fransız boksçu Hassan Amzileni yolundan kənarlaşdıran dəri əlcək ustamız bu dəfə 1/4 finalda kubalı Yasnier Toledo ilə üz-üzə gəlib.

Görüşə aktiv başlayan boksçumuz çətinlik çəkmədən qələbə qazanıb. Hər üç raundda rəqibindən aşkar üstün olan Sotomayor bütün hakimlərdən ən yüksək qiymət alıb. O, kubalı idmançını 3:0 (30:27, 30:27, 30:27) məğlub edərək yarımfinala yüksəlib.

Bununla da təmsilçimiz ən az bürünc medalı təmin edib.

Boksçumuzun yarımfinaldakı rəqibi də müəyyənləşib. Belə ki, dəri əlcək ustamız finala çıxmaq üçün Almaniyanı təmsil edən erməni boksçu Artyom Harutunyan ilə döyüşəcək.

Qeyd edək ki, bu, boks yığmamızın Olimpiadada təmin etdiyi ikinci medaldı. Daha əvvəl isə 75 kq çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı yarımfinala yüksəlməklə millimiz üçün ilk medalı qazanmışdı.

Digər xəbərlər

Xəbər lenti

“Naməlum Axundzadə” nümayiş olunacaq

Gələn ay üçün qeyri-iş günləri

Sabah külək əsəcək

“UNEC-100” - Strateji idarəetmə

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi