Ru
Bakı
USD
EUR
GBP
RUB

Rezidenturaya sənəd qəbulu martın 17-dək davam edəcək

news photo

10.03.2017 17:32 // Təhsil

Dövlət İmtahan Mərkəzi (DİM) martın 10-dan 17-dək 2017/2018-ci tədris ili üçün rezidenturaya qəbul elan edir.

DİM-dən bildiriblər ki, qəbul elanının tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, rezidenturaya ərizə verən namizəd üçün təlimat, “Namizədin elektron ərizəsi”nin doldurulma qaydası, onun nümunəsi, rezidenturaya ixtisas fənləri üzrə qəbul imtahanı proqramları, test tapşırığı nümunələri və digər materiallar Azərbaycan və rus dillərində “Rezidentura” jurnalının 2-ci nömrəsində təqdim edilib.

Jurnalı DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m., Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28. ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Rezidenturaya sənəd vermək istəyən xarici ölkələrdə təhsil almış şəxslər, əcnəbilər və vətəndaşlığı olmayan, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan, qaçqın statusu almış şəxslər, eləcə də xarici ölkələrdə diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan Respublikasının vətəndaşları müsabiqədə iştirak etmək üçün DİM-in rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni doldurmalı və tələb olunan sənədləri mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyasına (Ünvan: Bakı şəh., Yasamal r-nu, M.Müşfiq küç., 1M) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi