Ru
Bakı
USD
EUR
GBP
RUB

“Rezidentura” jurnalının növbəti nömrəsi nəşr olunub

news photo

25.06.2019 14:41 // Təhsil

Dövlət İmtahan Mərkəzi (DİM) “Rezidentura” jurnalının xüsusi buraxılışının 3-cü nömrəsini nəşr edib.

DİM-dən Youthportal.az-a bildirilib ki, jurnalın bu nömrəsində 2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul imtahanının ikinci mərhələsi və ixtisas seçimi haqqinda elan, “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.

Həmçinin rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr, 2018-ci ildə rezidenturaya qəbul müsabiqəsində klinik bazaların ixtisasları üzrә formalaşmış keçid balları təqdim olunub.

Jurnalı DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 və Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar. Jurnalın elektron versiyasını isə (pdf formatında) DİM-in saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək mümkündür (xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi