Ru
Bakı
USD
EUR
GBP
RUB

“Respublika Gənclər Debat Forumu: Yaz 2018” layihəsi uğurla yekunlaşıb (FOTO)

news photo

04.06.2018 12:43 // Gənclər üçün

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin birgə təşkilatçığı ilə Milli Debat Proqramı çərçivəsində həyata keçirilən “Respublika Gənclər Debat Forumu: Yaz 2018”in final, mükafatlandırma və bağlanış mərasimi baş tutub. Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Prezident Adminstrasiyasının Gənclər və İdman Siyasəti Məsələləri şöbəsinin əməkdaşı Kənan Firdovsioğlu, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, “ASAN Könüllüləri” Gənclər Təşkilatının sədri Bəxtiyar İslamov, müxtəlif ali təhsil müəssisələrinin prorektorları və digər dövlət rəsmiləri iştirak edib.

Təşkilatdan Youthportal.az-a bildirilib ki, tədbir Azərbaycan Respublikası Dövlət Himni ilə açıq elan edilib. Daha sonra Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev açılış nitqi edərək, debatın gənclərə və cəmiyyətimizə olan töhfələrindən danışıb. İntiqam müəllim, həmçinin, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qazanılmış nailiyyətləri qeyd edərək, şanlı tariximizin bu günki debatlar sayəsində daima gündəmdə saxlanılmasını dəyərləndirdi və gənc debatçılara uğurlar arzu edib.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünü dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli sərəncamına əsasən, “Liberal prinsiplərin dövlət idarəetməsində rolu” mövzusunda araşdırmalar aparılmış, debatlar təşkil edilmişdir.

Açılış nitqlərindən sonra Respublika Gənclər Debat Forumu: Yaz 2018” layihəsinin video hesabatı təqdim olunub. Video hesabatdan sonra forum həyəcanlı mərhələyə keçid alıb. Belə ki, forumun Azərbaycan bölməsi üzrə finalına vəsiqə qazanmış Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin debat klubları həyəcan dolu intellektual oyun nümayiş etdiriblər. Final oyunun qalibi Azərbaycan Dövlət İqtisad Universitetinin “Dollara Manat” komandası “Bakı Gənclər Debat Forumu: Yaz 2018”in kubokunu qazanıb. O cümlədən, Rus bölməsi üzrə də final oyununun qalibi müəyyənləşib. Belə ki, Bakı Dövlət Universitetinin “Triada” komandası rus bölməsi üzrə “Bakı Gənclər Debat Forumu: Yaz 2018”in kubokunu qazanıb.

“Bakı Gənclər Debat Forumu: Yaz 2018”in qalibləri mükafatlandırıldıqdan sonra “Respublika Gənclər Debat Forumu: Yaz 2018” layihəsində fəal iştirak etmiş, Milli Debat Proqramının Regional Nümayəndəlikləri olan Mingəçevir, Gəncə, Şəki, Lənkəran, Biləsuvar, Sabirabad və Sumqayıt debat mərkəzləri mükafatlandırılıblar.

Qeyd edək ki, “Respublika Gənclər Debat Forumu: Yaz 2018” layihəsinin tərəfdaşı Azərbaycan Universitetidir.

“Respublika Gənclər Debat Forumu: Yaz 2018” layihəsi ölkə gənclərinin inkişafında müstəsna rol oynayıb. Ümumilikdə forumda 1000-dən çox gənc iştirak edib.

Məlumat üçün bildirək ki, Respublika Gənclər Debat Forumu (RGDF) 2010-cu ildən davamlı olaraq Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən həyata keçirilən ən genişmiqyaslı debat çempionatıdır. RGDF keçirilməsində məqsəd gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsi ilə onların qərar vermə proseslərində, ictimai aktuallıq kəsb edən məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakının təmin etməkdir. RGDF vəzifələrinə gənclərin natiqlik qabiliyyətlərinin inkişaf etdirilməsi, gənclərin ictimai həyatda iştirakının stimullaşdırılması, könüllü hərəkatının inkişafı və cəmiyyətin maarifləndirilməsi daxildir.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Qobustan-tarixinin daş yaddaşı”

"Sevil" operası nümayiş olunacaq

Dumanlı hava şəraiti hökm sürəcək

Bölgələrimizdə kitaba maraq artır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi