Ru
Bakı
USD
EUR
GBP
RUB

“Respublika Gənclər Debat Forumu: Payız 2018” çərçivəsində fəaliyyət davam edir (FOTO)

news photo

30.11.2018 17:01 // Gənclər üçün

1000-dən çox gənci əhatə edən “Respublika Gənclər Debat Forumu: Payız 2018” layihəsi çərçivəsində fəaliyyət davam edir. Forum çərçivəsində keçirilən tədbirlərdə “Dövlətlərin sahib olduğu hərbi gücün sivil münasibətlərin inkişafında rolu” sahəsində mövzularda debatlar aparılır. Forum  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai birliyinin (DVC) birgə təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 may 2017-ci il tarixli 2867 nömrəli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamına əsasən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirilən “Respublika Gənclər Debat Forumu: Payız 2018” çərçivəsində Bakı şəhəri və 12 regional nümayəndəlikdə (Sumqayıt, Gəncə, Şəki, İsmayıllı, Qusar, Lənkəran, Mingəçevir, Şəmkir, Ağdam, Biləsuvar, Şirvan və Sabirabad rayon və şəhərləri) yerləşən ali və orta ixtisas təhsili müəssisələrində 1000 gəncin iştirakı ilə təlimlər, turnirlər və forumlar həyata keçirilmişdir.

Sentyabr ayından start götürmüş “Respublika Gənclər Debat Forumu: Payız 2018” layihəsi çərçivəsində oktyabr aylarında gənclərə debat təlimləri, həmçinin təlimçilər və hakimlər üçün təlimlər keçirilib. Təlimlər nəticəsində gənc debatçılar universitet daxili turnirlərdə iştirak edir, həmçinin debat hakimlik hüququnu qazanmış tələbələr turnirlərdə hakimlik edirlər. Qeyd etmək olar ki, Bakı şəhərinin ali təhsil müəssisələrində artıq daxili turnirlər başa çatmışdır və Azərbaycan bölməsi üzrə 35, Rus bölməsi üzrə 16 komanda olmaqla ümumilikdə 51 komanda Bakı Gənclər Debat Forumunda iştirak edərək final mərhələsinə qədər gəlib çıxmışdır. Bakı Gənclər Debat Forumunun final mərhələsində Azərbaycan bölməsi üzrə Bakı Dövlət Universitetinin “Əl-qərəz” və Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Hər ehtimala qarşı” komandaları mübarizə aparacaqdır. Rus bölməsi üzrə isə artıq Bakı Dövlət Universitetinin “Katyuşa BQU” və “Angelı Diyavola” komandaları arasında oyun baş tutmuşdur.

Bundan əlavə, “Respublika Gənclər Debat Forumu: Payız 2018” çərçivəsində regionlarda da debat fəaliyyəti davam edir. Sumqayıt, Gəncə, Şəki, Mingəçevir, Şirvan, Saatlı və Biləsuvar debat nümayəndəliklərində gənclərə debat təlimləri keçilmiş və Regional Debat Forumları təşkil olunmuşdur. Məlumat üçün bildirək ki, noyabr ayının sonuncu həftə sonu Regional Debat Forumları yekunlaşacaq. “Bakı Gənclər Debat Forumu: Payız 2018”nin və regional forumların qalib komandaları dekabr ayının ilk günlərində keçirilməsi nəzərdə tutulmuş “Respublika Gənclər Debat Forumu: Payız 2018” tədbirində debatlar aparacaqlar. Forumun bağlanış və mükafatlandırma mərasimi isə 3 Dekabr 2018-ci ildə ADA Universitetində baş tutacaqdır.

Məlumat üçün bildirək ki, Respublika Gənclər Debat Forumu (bundan sonra – RGDF) 2010-cu ildən davamlı olaraq DVC tərəfindən “Milli Debat Proqramı” çərçivəsində həyata keçirilən ən genişmiqyaslı debat çempionatıdır. RGDF keçirilməsinin məqsədi gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsi ilə onların qərar vermə proseslərində, ictimai aktuallıq daşıyan məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakının təmin etməkdir. RGDF vəzifələrinə gənc natiqlərin yetişdirilməsi, gənclərin ictimai həyatda iştirakının stimullaşdırılması, könüllü hərəkatının inkişafı, cəmiyyətin maarifləndirilməsi daxildir.

Qeyd edək ki, Milli Debat Proqramı DVC tərəfindən illərlə toplanmış təcrübəyə əsaslanaraq, debat metodologiyası vasitəsi ilə gənclərin və yeniyetmələrin fərdi inkişafına və maariflənməsinə yönələn ölkə səviyyəli proqramdır. Hazırda 12 Regional Debat Mərkəzi və paytaxtla yanaşı regionlarda 200-dən çox təhsil müəssisəndə Debat Klubları vasitəsi ilə respublikanın 45 rayonunu və bütün böyük şəhərlərini əhatə edir. Bildirmək istərdik ki, Milli Debat Proqramı gənclərin maarifləndirilməsi və dövlətin strateji sahələrinin inkişafına dəstək verilməsi istiqamətində fəaliyyətinin 20 illiyini qeyd edir.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi