Ru
Bakı
USD
EUR
GBP
RUB

Respublika fənn müsabiqələri keçiriləcək

news photo

15.05.2019 16:50 // Təhsil

Mayın 19-da ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında V Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçiriləcək.

Təhsil Nazirliyindən Youthportal.az-a bildiriblər ki, müsabiqələr fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə təşkil olunacaq. Müsabiqələrdə iştirak üçün 26 min 438 şagird qeydiyyatdan keçib. Fənn müsabiqələrinin yekun (respublika mərhələsinin) nəticələrinə əsasən, yeni tədris ili üçün beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin dinləyiciləri müəyyən ediləcək. Həmçinin istedadlı şagirdlər üçün yaradılacaq xüsusi siniflərin kontingentinin formalaşdırılması nəzərdə tutulur.

Məktəblilərarası fənn müsabiqəsi ilk dəfə 2015-ci ildə 972 şagirdin iştirakı ilə keçirilib.

Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizədlərin müəyyən edilməsindən ibarətdir.

Digər xəbərlər

Xəbər lenti

İyulun 17-də Ay tutulması baş verəcək

Sabahın hava proqnozu açıqlanıb

“Yay məktəbi” davam edir (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi