Ru
Bakı
USD
EUR
GBP
RUB

Rektor yüksək nəticə göstərmiş məzunlarla görüşüb

news photo

19.07.2019 17:27 // Təhsil

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov İbtidai təhsil fakültəsinin müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində İbtidai sinif müəllimliyi ixtisası üzrə 58 bal toplamış məzunu Aysel Məmmədova və ADPU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunları 58 bal toplamış Aidə Mikayılova, Sona Xəlilova və 54 bal toplamış Bəyim Talıbova ilə görüşüb.

ADPU-dan Youthportal.az-a bildirilib ki, görüşdə rektor məzunları təbrik edərək onlara gələcək pedaqoji fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. Qeyd edib ki, onların əldə etdikləri yüksək nəticələr ADPU-nun nüfuzuna müsbət təsir edir. Əsas məqsəd Azərbaycan məktəblərini yüksəksəviyyəli pedaqoji kadrlarla təmin etməkdir. Bu baxımdan əldə olunan nəticə təqdirəlayiqdir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudova, ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, Pedaqoji Kollecin direktoru, dosent İsrayıl İsgəndərov məzunları təbrik edərək onlara uğurlar arzulayıblar.

Məzunlar müsabiqənin tam şəffaf və obyektiv keçdiyinə, müəllim olmaq istəyən şəxslərə bilik səviyyələrini nümayiş etdirmək üçün lazımi şərait yaradıldığına görə Təhsil Nazirliyinin rəhbərliyinə təşəkkür ediblər. Onlar, həmçinin göstərilən diqqətə görə ADPU-nun rəhbərliyinə minnətdarlıq edərək məzunu olduqları universitetin adını öz bilik və bacarıqları, müsbət fəaliyyətləri ilə doğruldacaqlarını vurğulayıblar.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi