Ru
Bakı
USD
EUR
GBP
RUB

Regionlar Kubokunun seçim turlarına yekun vurulub (FOTO)

news photo

20.12.2018 12:32 // Gənclər üçün

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və İsmayıllı İntellektual Oyunlar Klubunun təşkilatılığı ilə keçirilən "Nə? Harada? Nə zaman?" oyunu üzrə Regionlar Kubokunun seçim turları yekunlaşıb.

Təşkilatdan Youthportal.az-a bildirilib ki, "Nə? Harada? Nə zaman?" oyunu üzrə Regionlar Kubokununun keçirilməsində məqsəd gənclərin asudə vaxtnın səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması, eləcə də intellektual oyunlar hərəkatının region gənclərinin cəlb edilməsini reallaşdırılmasıdır. 

13-15 dekabr aralığında keçirilən seçim turları gənclərin böyük marağına səbəb olub. Layihə müddətində təşkil olunan seçim turları Qəbələ, İsmayıllı və Şamaxı şəhərlərində keçirilib. Regionlarda keçirilən seçim turlarında 300-dən çox gəncin təmsil olunduğu 50-ə yaxın yeniyetmə və gənclərdən ibarət komanda final mərhələsində mübarizə aparmaq üçün iştirak edib.

Seçim turlarında ən yaxşı nəticə göstərən komandalar 25 dekabrda İsmayıllı rayonunda keçiriləcək final oyununa vəsiqə qazanıblar.

"Nə? Harada? Nə zaman?" oyunu üzrə Regionlar Kubokununun finalında seçim turlarından finala vəsiqə qazanmış regionlarla yanaşı digər ətraf regionlardan olan çox saylı komanda da final mərhələsinə qatılacaqdır. Finalda müxtəlif regionların gənclərindən ibarət 20-dən artıq komanda kubok uğunda mübarizə aparacaqdır.

news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Almaz” nümayiş ediləcək (FOTO)

Sabahın hava proqnozu açıqlanıb

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi