Ru
Bakı
USD
EUR
GBP
RUB

“Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib

news photo

08.11.2019 15:40 // Cəmiyyət

“Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib.

İctimai Birlikdən Youthportal.az-a verilən məlumata görə, Suraxanı rayonunda təşkil olunan aksiya “Regional İnkişaf” İctimai Birliyinin “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində həyata keçirilib.

Bu dəfə rayon sakinləri, gənclər 9 noyabr - Dövlət Bayrağı Günü ərəfəsində bir olaraq ekoloji aksiyaya öz töhfələrini veriblər.

Qeyd edək ki, “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi üzrə Bakıda və respublikanın müxtəlif rayonlarında 100-lərlə ağacın əkilməsi nəzərdə tutulub.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi