Ru
Bakı
USD
EUR
GBP
RUB

“Region könüllülərinin karyera məktəbi” layihəsinin təlimlərinə start verilib (FOTO)

news photo

09.01.2019 14:50 // Cəmiyyət

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə “Region könüllülərinin karyera məktəbi” layihəsinin təqdimatı və ilk təlimi keçirilib.

Youthportal.az xəbər verir ki, layihənin məqsədi könüllülərin fəaliyyətinin stimullaşdırılması, onlar arasında əlaqələrin möhkəmləndirilməsidir.

Layihədə Mingəçevirdə yaşayan və təhsil alan gənclər iştirak ediblər.

Təlimin ilk günündə layihə rəhbəri Firəngiz Telmanlı iştirakçılara könüllülük haqqında məlumat verib, könüllü olmağın üstünlüklərini onların diqqətinə çatdırıb. Müzakirə şəklində keçirilən təlimdə gənclər könüllü fəaliyyətlə bağlı öz fikirlərini bildiriblər.

Layihənin sonunda təlimləri uğurla başa vuran gənclər sertifikatlarla təltif olunacaqlar.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi