Ru
Bakı
USD
EUR
GBP
RUB

“Region gənclərinin təhsil və karyera imkanlarının artırılması” layihəsinin icrası yekunlaşmışdır (FOTO)

news photo

06.08.2019 11:16 // Gənclər üçün

“İntellekt” Sərhədsiz Maarifçi Gənclər ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Region gənclərinin təhsil və karyera imkanlarının artırılması” layihəsinin icrası artıq yekunlaşmışdır. Layihə çərçivəsində 2 qrupda olmaqla ölkənin müxtəlif universitetlərində təhsil alan və müsabiqə əsasında seçilmiş 40 nəfər (hər qrupda 20 nəfər) tələbə Lənkəran rayonunda 2 gün müddətində təlim proqramında iştirak etmiş, təlimin ikinci günü Astara və Lerik rayonlarında 10 məktəb şagirdləri ilə görüşərək təhsildə qazandıqları nailiyyətləri öz həyat təcrübələrində onlarla bölüşmüşlər.

Birlikdən Youthportal.az-a bildiirlib ki, layihədə iştirak zamanı tələbələrin Lənkəran və Astara rayonunun tarixi və görməli yerlərini də tanımaq imkanı olmuşdur.

Layihənin keçirilmə məqsədi Region gənclərinin təhsil və karyera imkanları haqqında məlumatlılıq səviyyəsini artırmaqla onları elmi fəaliyyətə təşviq etmək və dolayısıyla onların cəmiyyətin formalaşmasında daha fəal insanlar kimi inkişaf etməsinə dəstək olmaqdır.

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi