Ru
Bakı
USD
EUR
GBP
RUB

“Region gənclərindən ictimai fəallığa ilk addım” layihəsi keçirilmişdir (FOTO)

news photo

23.01.2019 15:04 // Gənclər üçün

“Gəncliyə dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Region gənclərindən ictimai fəallığa ilk addım” layihəsinin icrasını davam etdirmişdir.

Youthportal.az xəbər verir ki, layihə çərçivəsində Zərdab rayon Gənclər Mərkəzində layihənin təqdimatının və eyni zamanda layihə çərçivəsində keçirilmiş “Regiona səyahət” adlı fotomüsabiqə qaliblərinin mükafatlandırılması həyata keçirilmişdir. Tədbirdə layihə rəhbəri Eldar Xəlilov layihə barədə məlumat vermişdir. Layihənin məqsədi regionun kəndli gənclərinin ictimai fəllığını artırmaqdan ibarətdir. Dəvət olunmuş rəsmi qonaqlar Zərdab Rayon Gənclər və İdman idarəsinin rəisi İlkin Əliyev və Zərdab RİH-nin məsul işçisi Tural Nağıyev tədbirdə iştirak edərək, çıxış etmişlər. Sonra layihə assistenti “Regiona səyahət” adlı fotomüsabiqə haqqında ətraflı məlumat vermişdir.

 Tədbirdə 50 nəfər gənc iştirak etmişdir. Sonda iştirakçılara dəftərxana materialları, bukletlər paylnılmış və fəal iştirakçılar mükafatlandırılmışdır.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Sumqayıtda fləşmob:Biz müstəqilik

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi