Ru
Bakı
USD
EUR
GBP
RUB

Red Bull Mind Gamers yarışması Azərbaycanda başlandı

news photo

10.01.2017 18:00 // Cəmiyyət

Red Bull Mind Gamers beynəlxalq intellektual yarışmasının seçim mərhələsi artıq Azərbaycan üçün açılıb. Redbullmindgamers.com vebsaytında ən yaxşı nəticə göstərən 30 oyunçu, öz komandalarını yığıb (4 nəfərdən ibarət olan) 3, 4 və 5 fevral tarixləridnə yerli seçim turunda iştirak etmək şansını qazanacaqlar.

Ən yaxşı nəticə əldə edən milli komanda bu ilin martında Budapeştdə keçiriləcək yarışmanın dünya finalında vuruşacaq və son “Escape Room”-dan çıxışı tapmağa çalışacaq. Həmçinin, nəticələrin ümumdünya onlayn siyahısında dörd ən yüksək nəticə göstərən oyunçular "Mission: Unlock Enoch" dünya finalına “Wildcard” qazanaraq bütün milli komandalarla mübarizə aparacaqlar.

“Escape Room” - otaqda bağlanmış oyunçular müxtəlif elementlərdən istifadə edib, bir sıra tapmacaların həllini tapıb azadlığa çıxmaq üçün mübarizə aparmalı olduqları bir macəra oyunudur. Onlayn yarışmanı və real həyatda keçirilən tədbirləri özündə cəmləşdirən turnir, iştirakçıların intellektini, məntiqini və yaradıcılığını onlayn oyunlar ilə sınayır.

Bu oyunun yaradıcısı olan “Playful Solutions” şirkətinin banisi, Konstantin Mitquçun özü də kvestlərin böyük həvəskarıdır:

"Kvestlərin həlli - şən prosesdir, amma müxtəlif mədəniyyətlərdə oyunçular özünü cürbəcür aparırlar. Məsələn, Asiyada “Escape Room”-ların çoxları demək olar ki, həlledilməzdir, Avropada oyunçular 3-5 ip ucu almağı xoşlayırlar, amma ABŞ-da oyunçular əyləncə aspektinə fokuslanmağı daha çox sevirlər. Buna baxmayaraq, bizim marağımız məsələlərin kollektiv şəklində həllidir və bu bütün mədəniyyətlər üçün aydındır."

Məntiqini sınamaq və özünü sonuncu “Escape Room”-dan çıxarmağa cəhd etmək üçün, onlayn seçim mərhələsini - http://win.gs/mgaze keçmək gərəkdir.

Tələs, bu günə ən yaxşı nəticə 2 dəqiqə 15 saniyədir!

Baş media tərəfdaş: Report.az

Tərəfdaşlar: GoPro, Huawei Mobile, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Technote.az

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Naməlum Axundzadə” nümayiş olunacaq

Gələn ay üçün qeyri-iş günləri

Sabah külək əsəcək

“UNEC-100” - Strateji idarəetmə

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi