Ru
Bakı
USD
EUR
GBP
RUB

“Real” Zinəddin Zidanla yeni müqavilə bağlayıb

news photo

21.09.2017 16:04 // İdman

Madrid “Real”ı Marselo, İsko və Daniel Karvahal kimi futbolçulardan sonra daha bir şəxslə yeni müqavilə imzalayıb. Söhbət komandanın baş məşqçisi Zinəddin Zidandan gedir.

“Kral klubu” mövsümün sonunda sözləşməsinin müddəti başa çatacaq mütəxəssislə yeni anlaşma ilə bağlı razılığa gələ bilib. Bu barədə xarici mətbuata açıqlasında Zidan özü məlumat verib.

“Real”da xoşbəxt olduğunu deyən fransalı çalışdırıcı yeni müqaviləsinin müddətini açıqlamayıb: “Gələcəyimlə bağlı çox düşünmürəm. Sadəcə, sonrakı günə baxıram. Yeni sözləşmə ilə bağlı danışıqlarımız müsbət nəticələndi”.

Qeyd edək ki, “Real” Zidanın rəhbərliyi altında 2 dəfə Çempionlar Liqası, 1 dəfə isə La Liqa, İspaniya Superkuboku, UEFA Superkuboku və Klublarası dünya çempionatının qalibi adını qazanıb.

Digər xəbərlər

Xəbər lenti

Sabah yağış yağacaq

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Atəşkəs 24 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi