Ru
Bakı
USD
EUR
GBP
RUB

“Real həyat -real incəsənət” rəsm müsabiqəsi davam edir

news photo

15.07.2019 14:05 // Cəmiyyət

Xətai Sənət Mərkəzində “Nəsimi ili” çərçivəsində növbəti müsabiqə - “Real həyat -real incəsənət” adlı respublika yaradıcılıq rəsm müsabiqəsi davam edir.

Mərkəzdən Youthportal.az-a bildirilib ki, müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb. Realizm üslubunda işləyən rəssamlar arasında milli ruh və mövzulu yeni əsərlərin yaradılmasını stimullaşdırmaq və realizm üslubunun pərəstişkarı olan sənətsevərlərin maraqlarını təmin etmək, vətənpərvərlik hisslərini gücləndirmək məqsədi ilə təşkil olunur.

Müsabiqədə yaşından asılı olmayaraq hər rəssam bir əsərinin fotosu ilə bərabər ad və soyad, təvəllüd, əlaqə nömrəsi, əsərin adı, ölçüsü və texnikası barədə məlumatı noyabrın 15-dək Xətai Sənət Mərkəzinin “Whatsapp” +994 51 310 74 01 göndərməklə iştirak edə bilər.

Həmçinin, sərgidə iştirak etməklə təşkilatçılara dəstək məqsədi ilə müsabiqədən kənar əsər təqdim etmək olar.

 

Digər xəbərlər

Xəbər lenti

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi