Ru
Bakı
USD
EUR
GBP
RUB

Rafael Ağayev və İrina Zaretska "Grand Winners" mükafatına layiq görülüblər

news photo

04.12.2019 17:22 // İdman

Dünya Karate Federasiyası (WKF) İspaniyanın paytaxtı Madriddə Karate 1 Premyer Liqa turnirinin nəticələrindən sonra ənənəvi "Grand Winners" mükafatının sahiblərini elan edib.

Youthportal.az xəbər verir ki, hər kateqoriyada ən yüksək nəticə göstərən idmançılar arasında dünya şöhrətli Azərbaycan karateçiləri Rafael Ağayev (75 kq) və İrina Zaretska (68 kq) da var. Son dünya çempionu və olimpiya reytinqinin lideri İ.Zaretska bir-birinin ardınca Tokio, Moskva və Madrid mərhələsində qələbəsi, eləcə də Dubay Premyer Liqasında, İstanbulda Seriya A turnirində və Minskdə Avropa Oyunlarında gümüş medalları ilə ikinci dəfədir ki, "Böyük qaliblər" mükafatına sahib olur. "Yaxşıların yaxşısı" titulunu 2 il əvvəl də qazanan idmançımız gələn mövsüm xüsusi qızılı saplarla işarələnmiş karateçi geyimi ilə tatamiyə çıxacaq.

Beş qat dünya və on iki dəfə Avropa çempionu R.Ağayev isə ardıcıl ikinci ildir "Grand Winners" mükafatnı qazanır. Tanınmış karateçi bu mövsümdə Premyer Liqa yarışlarında Moskvada çempionluqdan əlavə, Paris və Tokioda gümüş medal, Dubay və Rabatda isə bürünc mükafata sahib olub. Bundan başqa, R.Ağayev İspaniyada Avropa ikincisi və Belarusda Avropa Oyunlarının gümüş mükafatçısı olub.

Mövsümün nəticələrinə əsasən, "Grand Winners" mükafatının digər sahiblərinə gəlincə, qadınlar arasında Sandra Sançes (kata, İspaniya), Serap Özçelik (50 kq, Türkiyə), Anjelika Terlyuqa (55 kq, Ukrayna), Syoyan İn (61 kq, Çin) və Ayumi Uyekusa (+68 kq, Yaponiya), həmçinin kişilərdən Rio Kyuna (kata, Yaponiya), Darxan Assadilov (60 kq, Qazaxıstan), Stiven Dakosta (67 kq, Fransa), Uğur Aktaş (84 kq, Türkiyə) və Sacad Ganczadə (+84 kq, İran) var.

Fərqlənən karateçilərə mükafatlar 24 - 26 yanvar 2020-ci ildə Parisdə, növbəti mövsümün ilk Premyer Liqa turnirində təqdim olunacaq.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Sabaha gözlənilər hava şəraiti

ADU-da Çin Yeni ili qeyd olunub

Sabah güclü külək əsəcək

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi