Ru
Bakı
USD
EUR
GBP
RUB

Rafael Ağayev Karate1 Premyer Liqa turnirində bürünc medal qazanıb (FOTO)

news photo

22.04.2019 10:37 // İdman

Rafael Ağayev (-75 kq) Rabatda Karate1 Premyer Liqa turnirində bürünc medal qazanıb.

Azərbaycan Karete Federasiyasından Youthportal.az-a verilən məlumata görə, fransalı idmançı Loqan Da Kosta ilə həlledici görüşdə 2-0 hesabı ilə qalib gələn karateçimiz, dünya və olimpiya reytinq xallarını artırmaqla mövqeyini möhkəmlədib. Milli komandanın üzvlərindən Turqut Həsənov və Pənah Allahverdiyev (-84 kq) təsəlliverici görüşlərə qatılsalar da, mükafatçılar arasına düşə bilməyiblər.

19-21 apreldə Mərakeş Krallığının paytaxtında Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından üçüncü nüfuzlu yarışda 8 ölkədən 661 idmançı mübarizə aparıb. Milli komandanın növbəti yarışı 17-19 mayda Istanbulda Karate1 Seriya A turniri olacaq.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 21 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi